logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 839 min nəfəri ötür

22:43 27-04-2022 | icon 5124
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 839 min nəfəri ötür

Azərbaycanda son sutkada koronavirus əleyhinə 4 426 vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 491, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 318, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 355, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 262 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 637 172, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 338 790, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 839 152, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 220 043, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 239 187 nəfər təşkil edir.