logo

Bərdədə zibillikdə tapılan qadınla bağlı DİN açıqlama yayıb

21:41 27-04-2022 | icon 3080
Bərdədə zibillikdə tapılan qadınla bağlı DİN açıqlama yayıb

Daxili İşlər Nazirliyi(DİN) Bərdədə anlaqsız vəziyyətdə zibillikdən tapılan qadınla bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya bildirilib ki, rayonun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə qadın tapılaraq dərhal xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub.

Hazırda qadının müalicəsi davam etdirilir.