İlham Əliyev ABŞ Dövlət katibi köməkçisinin müavinini qəbul edib
Prezident İlham Əliyev aprelin 27-də Amerika Birləşmiş Ştatlarının(ABŞ) Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer, Gürcüstandakı səfiri Kelli Deqnan və Ermənistandakı səfiri Linn Treysi daxildir.
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair geniş müzakirələr aparılıb. Həmçinin bu il Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinin qeyd olunduğu vurğulanıb. Bu müddət ərzində ölkələrimiz arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğu, xüsusilə enerji sahəsində sıx əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Söhbət zamanı regional məsələlər barədə fikir mübadiləsi aparılıb, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, kommunikasiyaların açılması məsələləri müzakirə edilib. Prezident İlham Əliyev bildirib ki, sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyəti hazırdır.
Dövlət başçısı 30 ilə yaxın davam edən işğal dövründə Ermənistanın ərazilərimizdə törətdiyi dağıntıları, maddi-mədəniyyət abidələrimizin, 60-dan çox məscidin dağıdıldığını və onlardan tövlə kimi istifadə olunduğunu qeyd edib. İşğal dövründə ərazilərimizdə Ermənistan tərəfindən çox sayda minaların basdırıldığını deyən prezident İlham Əliyev hazırda Azərbaycanın üzləşdiyi mina problemini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı dövlət başçısı Birinci Qarabağ müharibəsindən etibarən 4 mindən çox soydaşımızın itkin düşmüş hesab olunduğunu, onların bir çoxunun işgəncələrə məruz qaldığını və öldürülərək Ermənistan tərəfindən kütləvi məzarlıqlarda basdırıldığını bildirib, həmin məzarlıqların yerləri haqqında Ermənistan tərəfindən məlumatın verilməsinin vacibliyini vurğulayıb və bununla əlaqədar ABŞ hökumətinin dəstəyinin zəruriliyini qeyd edib.
Görüşdə regionda davamlı sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
İlham Əliyev Türkiyənin kənd təsərrüfatı nazirini qəbul edib
Bu gün bir sıra yaşayış massivlərində su olmayacaq
Bakıda multikultural perspektivlərlə bağlı beynəlxalq konfrans keçirilir
Taekvondoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar
Azərbaycan nefti 118,42 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
Bakıda yaşayış binasında yanğın olub
Litva prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
İlham Əliyev: Aİ, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir
Bakı metrosunun qatarında ləngimə yaranıb
Gitanas Nauseda: Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır
Ceyhun Bayramov TÜRKSOY-un baş katibi ilə görüşüb
Bakıda Azərbaycan-İsrail biznes-forumu keçirilib
İlham Əliyev: Litva ilə Azərbaycan uzun illərdir strateji tərəfdaşdırlar
Türkiyədə səfərdə olan səhiyyə naziri müalicə alan qazilərimizi ziyarət edib
Əli Əsədov Litva prezidenti Qitanas Nauseda ilə görüşüb
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 845 min nəfəri ötür
Azərbaycanda daha 5 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Fransa Rusiyanın 41 diplomatını ölkədən qovub
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti daha bir ay uzadılacaq
Sinoptiklərdən Bakıda güclü külək və yağış xəbərdarlığı
İSESKO-nun baş direktoru Azərbaycana səfərə gəlib
Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib
Litva prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan və Litva prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB