logo

Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilib

16:31 27-04-2022 | icon 1589
Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilib

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin Şuşa şəhərində keçirilən birgə iclası başa çatıb.

YeniAvropa xəbər verir ki, iclasda əvvəlcə Şuşanın, bütövlükdə Qarabağın və digər ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra komitələrin birgə iclasının gündəliyindəki məsələlər müzakirəyə təqdim olunub. Bildirilib ki, bugünkü iclasın gündəliyinə üç məsələ daxil edilib.

Deputatlar əvvəlcə işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı məsələlər ətrafında fikirlərini bölüşüblər.

Daha sonra komitələrin üzvləri “Böyük Qayıdış”, məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsi və s. istiqamətlərdə çıxışlar ediblər.