logo

AŞ PA Rusiyanın Ukraynaya qarşı təcavüzünə dair qətnamə qəbul edib

16:13 27-04-2022 | icon 3612
AŞ PA Rusiyanın Ukraynaya qarşı təcavüzünə dair qətnamə qəbul edib

“Avropa Şurası Parlament Assambleyası(AŞ PA) Rusiya Federasiyasının Ukraynaya qarşı davam edən təcavüzü: Avropa Şurasının rolu və cavabı“ adlı qətnamə qəbul edib.

YeniAvropa xəbər verir ki, sənəd Strasburqda öz işini davam etdirən AŞ PA-nın  yaz sessiyasının üçüncü günündə qəbul edilib.

Sənəddə Rusiyanın Ukraynaya hücumu qəti şəkildə pislənilir və Ukrayna xalqı ilə bir daha həmrəylik nümayiş olunur.

AŞ PA Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində onun suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiq edir.

Qurum xatırladır ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü beynəlxalq hüququn və Avropa Şurası Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.