logo

Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələri Şurası təsis olunub

15:15 27-04-2022 | icon 1645
Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələri Şurası təsis olunub

İstanbulda Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələrinin daimi Şurasının təsis edilməsi ilə bağlı iclas keçirilib.

YeniAvropa xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstandan olan nümayəndə heyətləri iştirak edib.

Azərbaycanı tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev təmsil edib.

Qazaxıstan tərəfi isə tədbirə videoformatda qatılıb.

İclasda türkdilli dövlətlər arasında konstitusiya quruculuğunda əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin artırılması, habelə məhkəmə sistemində aparılan islahatlar sahəsində birgə tərəfdaşlığı özündə əks etdirən çoxtərəfli sənədlər imzalanıb.