logo

Əmisini öldürən şəxs həbs edilib

14:34 27-04-2022 | icon 1575
Əmisini öldürən şəxs həbs edilib

Laçın rayonunun Fingə kənd sakini Əşrəf İsmayılovun aprelin 20-də saat 8 radələrində aldığı xəsarətlər nəticəsində aprelin 26-da xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Rayon prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı oğlu Bahadur İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı dırmıqla Əşrəf İsmayılovun baş nahiyəsinə xəsarətlər yetirdiyi, nəticədə sonuncunun aldığı xəsarətlərdən xəstəxanada öldüyü müəyyən olunub.

Faktla bağlı Laçın rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bahadur İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.