logo

Türkiyə Rusiyadan növbəti "S-400" alayını alır

22:44 26-04-2022 | icon 812
Türkiyə Rusiyadan növbəti "S-400" alayını alır

Türkiyə Rusiyadan "S-400" zenit-raket komplekslərinin ikinci alayının alınması imkanını nəzərdən keçirir.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə sənayesi departamentinin rəhbəri İsmayıl Dəmir məlumat verib.

"Rusiya ilə müqavilə imzalandığı andan planlaşdırılan ikinci "S-400" alayının alınması ilə bağlı danışıqlar davam edir", - deyə o, bildiib.

Qeyd edək ki, 2020-ci ilin avqustunda Rusiya və Türkiyə arasında "S-400" "Triumf" zenit raket sistemlərinin ikinci komplektinin(alayının) tədarükünə dair müqavilə imzalanıb.

Rusiya və Türkiyə 2017-ci ildə "S-400" hava hücumundan müdafiə sisteminin dörd divizionunun tədarükü üçün 2,5 milyard ABŞ dolları məbləğində müqavilə imzalayıb, Türkiyə tərəfinə tədarüklər 2019-cu ilin yay və payız aylarında həyata keçirilib.