logo

Daxili İşlər Nazirliyinin qarşısında özünü yandıran şəxsin vəziyyəti ağırdır

20:50 26-04-2022 | icon 1610
Daxili İşlər Nazirliyinin qarşısında özünü yandıran şəxsin vəziyyəti ağırdır

Daxili İşlər Nazirliyinin(DİN) inzibati binasının qarşısında özünü yandıraraq intihara cəhd edən şəxsin son durumu açıqlanıb.

YeniAvropa xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən(TƏBİB) verilən məlumatda bildirilib ki, yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Mərkəzin reanimasiya şöbəsində olan şəxs II-III dərəcəli ağır yanıq xəsarətləri aldığı bildirilib.

Qeyd edək ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Belə ki, orta yaşlı şəxs özünü yandırmağa çalışıb. Daha sonra ətrafda olan polis əməkdaşları yanğını söndürüb. Yaralı xəstəxanaya aparılıb.