logo

Evində qumarxana açan Lənkəran sakini yaxalandı

10:10 15-01-2022 | icon 497
Evində qumarxana açan Lənkəran sakini yaxalandı

Yaşadığı evdə qumar oyunları təşkil edən Lənkəran sakini saxlanılıb. 

 

YeniAvropa xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Bəhruz Xudiyevin yaşadığı evdə qumar oyunları təşkil etməsi müəyyən olunub.

Keçirilən baxış zamanı oradan qumar oyunlarına qoyulan pul vəsaiti, oyun kartları aşkarlanaraq götürülüb. Həmçinin həmin ünvanda qanunsuz qumar oynayan 7 nəfər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.