logo

Azərbaycan neftinin qiyməti rekord həddədək bahalaşdı- 89,12 $ !

09:59 15-01-2022 | icon 2506
Azərbaycan neftinin qiyməti rekord həddədək bahalaşdı- 89,12 $ !

Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.

 

YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1 dollar artaraq 89,12 ABŞ dolları təşkil edib.

 

Qeyd edək ki, son üç ildə Azərbaycan neftinin maksimum satış qiyməti bu il yanvarın 13-də qeydə alınıb. Azərbaycan neftinin bir barreli 2019-cu il aprelin 26-dan bəri ilk dəfə rekord qiymətə - 88,45 ABŞ dollarına satılıb.  

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.