logo

Zelenski 3 Azərbaycan vətəndaşını orden və medalla təltif etdi

23:11 14-01-2022 | icon 2058
Zelenski 3 Azərbaycan vətəndaşını orden və medalla təltif etdi

Ukrayna prezidenti Volodimir Zelenski üç Azərbaycan vətəndaşını orden və medalla təltif edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna prezident Ofisinin mətbuat xidməti  məlumat yayıb.

Bildirilib ki, bununla bağlı prezident Volodimir Zelenski bu gün müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Qasımov Mehralı Süleyman oğlu və Məhərrəmzadə Əlibala Səttar oğlu III dərəcəli “Xidmətə görə” ("За заслуги") ordeni, Kərimova Lesya Volodimir qızı isə “Əmək və qələbəyə görə” ("За працю і звитягу") medalı ilə təltif edilib.