logo

İlham Əliyev Volodimir Zelenskini Azərbaycana səfərə dəvət etdi

20:50 14-01-2022 | icon 630
İlham Əliyev Volodimir Zelenskini Azərbaycana səfərə dəvət etdi

Prezident İlham Əliyev Ukrayna prezidenti Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib.

YeniAvropa xəbər verir ki,  dövlət başçısı dəvətini yanvarın 14-də Kiyevdə V.Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən çatdırıb.

“Fürsətdən istifadə edərək sizi Bakıya səfərə dəvət edirəm”, - deyə Azərbaycan prezidenti bildirib.

Qeyd edək ki, prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində bu gün Kiyevdə ikitərəfli əməkdaşlığa dair 6 sənəd imzalanıb.