logo

Azərbaycan-Ukrayna ticarət dövriyyəsi yaxın vaxtlarda 1 milyard dollara çatacaq-İlham Əliyev

19:30 14-01-2022 | icon 637
Azərbaycan-Ukrayna ticarət dövriyyəsi yaxın vaxtlarda 1 milyard dollara çatacaq-İlham Əliyev

“Şadam ki, ticarət dövriyyəmiz pandemiyaya baxmayaraq, keçən il 20 faizdən çox artıb və mən ümid edirəm ki, yaxın gələcəkdə 1 milyard dollar səviyyəsinə çatacaq,  bəlkə də ondan da çox. Çünki bizim bu gün imzaladığımız sənədlərin və müzakirə olunan digər məsələlərin həyatda öz əksini tapması, əlbəttə ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına da mütləq xidmət edəcəkdir".

YeniAvropa xəbər verir ki, bu barədə Ukraynada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev mətbuata bəyanatında iki ölkə arasında imzalanan sənədlərin əhəmiyyətindən danışarkən bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan və Ukrayna arasında ənənəvi əməkdaşlıq sahəsi olan energetika sahəsində yeni planlarımız var: "Əminəm ki, bu planlar həyatda öz əksini tapacaq" .

"Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Ukraynada öz fəaliyyətini genişləndirmək əzmindədir və Ukrayna tərəfi də bunu dəstəkləyir. Hazırda SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma stansiyalardan ibarət şəbəkəsi var və əlbəttə ki, neft və neft məhsullarının ixracı və emalı ilə bağlı yeni addımların atılması bizim əməkdaşlığımızı daha da dərinləşdirəcək. Enerjinin digər növləri üzrə əməkdaşlıqla bağlı fikir ayrılığı yoxdur”, - deyə prezident İlham Əliyev vurğulayıb.