logo

Türkiyə-Ermənistan danışıqlarının davam etdiriləcək-Rəsmi Ankara

17:17 14-01-2022 | icon 2513
Türkiyə-Ermənistan danışıqlarının davam etdiriləcək-Rəsmi Ankara

“Tərəflər müzakirələri ilkin şərtlər olmadan davam etdirməyə razılaşıblar”.

 YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə və Ermənistanın münasibətləri normallaşdırma üzrə xüsusi nümayəndələrinin ilk görüşü ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir.

“Xüsusi nümayəndələr pozitiv və konstruktiv atmosferdə gerçəkləşən ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə davam etdiriləcək normallaşma prosesinə yönəlik fikir mübadiləsi aparıblar. İkinci görüşün yeri və tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Rusiyanın paytaxtı Moskvada Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında ilk görüş keçirilib.