logo

Moskvada Türkiyə-Ermənistan danışıqları başa çatıb

15:55 14-01-2022 | icon 2310
Moskvada Türkiyə-Ermənistan danışıqları başa çatıb

Yanvarın 14-də Moskvada Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında baş tutan ilk görüş başa çatıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin "NTV" televiziyası  məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında  13 ildən sonra ilk dəfə reallaşan görüş 1 saat 30 dəqiqə davam edib. Görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələsi müzakirə olunub.

Türkiyə Xarici İşlər Nazirliyindən bildiriblər ki, xüsusi nümayəndələrin ilk danışıqları pozitiv və konstruktiv atmosferdə keçib. Tanışlıq xarakteri daşıyan görüşdə tərəflər müzakirələrin ilkin şərt irəli sürülmədən davam etdirilməsi barədə razılaşıblar.

Danışıqların digər detalları barədə məlumat verilmir.