logo

Prezident İlham Əliyev Ukraynaya işgüzar səfərə gəlib

12:45 14-01-2022 | icon 1778
Prezident İlham Əliyev Ukraynaya işgüzar səfərə gəlib

Prezident İlham Əliyev yanvarın 14-də Ukrayna prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərə gəlib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Kiyevin "Borispol" Beynəlxalq Hava Limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düşülüb.

Dövlət başçısını Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova və digər rəsmi şəxslər qarşılayıblar.