Mədəniyyət Nazirliyi QHT-lərlə əməkdaşlıq edəcək
Qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı layihəyönümlü etmək istəyirik.Odur ki, Mədəniyyət Nazirliyində layihələrin hazırlanmasında QHT-lərlə əməkdaşlıq proseduru hazırlanır.
YeniAvropa xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, layihəyönümlülüyün vacib mərhələsi layihə sənədidir: “Artıq hər bir təklif, hər bir təşəbbüs layihə sənədi əsasında formalaşdırılacaq və bu layihə sənədi bütün tərəflərlə müzakirə ediləcək. Bizim bu gün tətbiq etdiyimiz proses və prosedur nazirlikdaxili layihələrə aiddir. Eyni zamanda bizim paralel olaraq QHT-lərlə əməkdaşlığımız da layihə idarəçiliyi çərçivəsində görülür. Bu istiqamətdə də hazırlıq aparılır və yaxın zamanlarda o prosedur da hazır olacaq. Bu gün biz çalışırıq ki, Mədəniyyət Nazirliyi idarəçiliyin təkmilləşdirilməsi ilə məşğul olsun. İdarəçiliyin ilk mərhələsi təbii ki, daxili idarəçilikdir. Bu gündən etibarən isə layihəyönümlüyə keçiririk. Bütün tərəfdaşlarla əməkdaşlığımızı o cümlədən QHT-lərlə əməkdaşlığı layihəyönümlü etmək istəyirik. Bunun ən böyük üstünlüyü şəffaflıqdır. Çünki artıq hər bir qərarı qəbul etməzdən öncə bütün cəlb olunan və o fəaliyyətdə iştirak edən bütün tərəflər o layihədən xəbərdardır. Bu ümumi koordinasiyanı gücləndirəcək, eyni zamanda şəffaflıq yaradacaq.
Korporativ dünyadan fərqli olaraq Mədəniyyət Nazirliyinin qarşısında müəyyən öhdəliklər var. Korporativ dünya layihələrini maliyyə baxımından dəyərləndirirsə, bizim dəyərləndirmə sistemimiz başqadır. Çünki cəmiyyət qarşısında öhdəliklərimiz var. Bu öhdəlik mədəniyyət dəyərlərimizin tətbiqi və təşviq edilməsidir ki, bu da bizim sənədlərimizdə əks olunub. Bundan sonra layihələrin hazırlanması bizim illik fəaliyyət planına uyğun olacaq".
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir