logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

11:21 14-01-2022 | icon 399
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 77 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 50, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.