logo

Türkiyə səfirliyi Bakıda fəaliyyət göstərən ilk diplomatik nümayəndəlikdir

11:01 14-01-2022 | icon 1428
Türkiyə səfirliyi Bakıda fəaliyyət göstərən ilk diplomatik nümayəndəlikdir

“Qardaş Azərbaycan Respublikasının müstəqilliyini yenidən qazanmasından sonra onu beynəlxalq aləmdə tanıyan ilk ölkədir. Azərbaycanın Türkiyə Cümhuriyyəti ilə imzaladığı “Diplomatik əlaqələrin yenidən qurulmasına dair anlaşma” sənədi nəticəsində 1992-ci il yanvarın 14-də Türkiyənin Azərbaycandakı səfirliyi Bakıda fəaliyyət göstərməyə başlayan ilk diplomatik nümayəndəlik oldu”.

YeniAvropa xəbər verir ki, bu fikirlər Türkiyənin Azərbaycandakı səfirliyinin bəyanatında əksini tapıb.

Bəyanatda qeyd olunub ki, tarix boyu Türkiyə Cümhuriyyəti çətin vaxtda ilk olaraq Azərbaycanın qardaş köməyini, Azərbaycan isə çətin günlərdə Türkiyənin dəstəyini görüb: "Beynəlxalq aləmdə ölkələrimizin uğurlarına görə birlikdə sevinir, kədərinin isə kədərimiz olduğunu bildiririk".

Qeyd edək ki, bu gün Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 30 ili tamam olur.