logo

İlham Əliyev İsrail prezidentinə başsağlığı verdi

10:50 14-01-2022 | icon 1351
İlham Əliyev İsrail prezidentinə başsağlığı verdi

Prezident İlham Əliyev İsrail Dövlətinin prezidenti İsxak Hersoqa başsağlığı məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:

"Hörmətli cənab prezident,

Ananız - Aura Hersoqun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".