logo

Şimal bölgəsində qar yağır, temperatur -7° -dək enib

09:19 14-01-2022 | icon 2688
Şimal bölgəsində qar yağır, temperatur -7° -dək enib

Yanvarın 13-ü axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə 2022-ci ilin ilk qarı yağıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, qarın hündürlüyü Qubanın mərkəzində 3, Xaltan kəndində 12, Qusarda 4, Xızının Altıağac qəsəbəsində isə 8 santimetrdir.

Xızının Altıağac qəsəbəsində mənfi 7 dərəcə şaxta qeydə alınıb.

Qar hazırda yağmaqda davam edir.