logo

Rusiya Ukrayna sərhədləri yaxınlığında hərbi təlimə başlayıb

21:15 13-01-2022 | icon 2093
Rusiya Ukrayna sərhədləri yaxınlığında hərbi təlimə başlayıb

Rusiya Ukrayna sərhədləri yaxınlığında hərbi təlimə başlayıb.

YeniAvropa  “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi yazılı açıqlama yayıb.

“10 mindən çox hərbi heyətin iştirakı ilə Volqoqrad, Həştərxan, Stavropol, Rostov və Krasnodar bölgələrində təlimlər keçiriləcək”, - nazirlikdən bildirilib.

Məlumata görə, Rusiyanın Qara dəniz və Xəzərdəki donanmaları da təlimlərə qatılacaq.