logo

Bakının bir neçə avtomagistralında hava ilə bağlı sürət həddi endirildi

20:50 13-01-2022 | icon 1442
Bakının bir neçə avtomagistralında hava ilə bağlı sürət həddi endirildi

Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saatadək endirilib.

YeniAvropa xəbər verir ki, bu barədə  Bakı Nəqliyyat Agentliyi xəbər verir.

"Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", - BNA-dan qeyd edilib.