logo

Türkiyə ilk mini peykini fəzaya buraxdı

19:13 13-01-2022 | icon 2170
Türkiyə ilk mini peykini fəzaya buraxdı

Türkiyənin ilk mini peyki - “Grizu-263A” Ankara vaxtı ilə saat 18:25-də ABŞ-ın Florida ştatındakı Kanaveral burnundakı kosmodromdan uğurla fəzaya buraxılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ölçüləri baxımından cib peyki adlandırılan cihaz Türkiyənin Zonquldak vilayətinin Bülent Ecevit Universitetinin mühəndislik fakültəsi tələbələrindən ibarət kosmos komandası tərəfindən əsas rabitə ehtimallarının həyata keçirilməsi məqsədilə hazırlanıb. Peyk “Space X” şirkətinin “Falcon 9” raketi ilə orbitə göndərilib.

Peykin 525 kilometrə yaxın aşağı yer orbitində 4 il 8 ay xidmət göstərməsi planlaşdırılır.