logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 706 min nəfəri ötür

18:33 13-01-2022 | icon 2835
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 706 min nəfəri ötür

Yanvarın 13-də Azərbaycanda 29 min 887 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 678, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 158 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 24 min 51 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 592 min 507, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 193 min 25, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 706 min 413 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 693 min 69 nəfər təşkil edir.