logo

Qazaxıstan KTMT hərbçilərini  medallarla təltif etdi

17:37 13-01-2022 | icon 2065
Qazaxıstan KTMT hərbçilərini  medallarla təltif etdi

KTMT kontingentinin bəzi sülhməramlıları Qazaxıstanın müdafiə naziri Murat Bektanovun əmrinə əsasən “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” medalları ilə təltif ediliblər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Qeyd edilib ki, bu barədə Almatıda sülhməramlı əməliyyatın başa çatmasına həsr olunmuş mərasimdə elan edilib.

"Qazaxıstan Müdafiə naziri adından Kollektiv Sülhməramlı Qüvvələrin kontingentinin hərbçiləri minnətdarlıq bildirib. Qazaxıstan Müdafiə Nazirinin əmri ilə bir sıra sülhməramlılar "Beynəlxalq əməkdaşlığa töhfəyə görə" medalları və sertifikatlarla təltif ediliblər”, - deyə məlumatda bildirilib. 

Mərasimdə çıxış edən Qazaxıstan müdafiə nazirinin müavini Muxamedjan Talasov sülhməramlılara müraciət edərək deyib: "Siz strateji və digər mühüm obyektlərin təhlükəsizliyini təmin etmisiniz. Sizin gəlişiniz sayəsində qazax hərbçiləri və hüquq-mühafizə orqanları banditizm elementlərinin axtarışı və saxlanılması üzrə birbaşa vəzifələrinə başlamağa müvəffəq olublar".