logo

Əli Əsədovla Qazaxıstanın yeni baş naziri ilə telefonla danışdı

17:18 13-01-2022 | icon 1652
Əli Əsədovla Qazaxıstanın yeni baş naziri ilə telefonla danışdı

Baş naziri Əli Əsədov yanvarın 13-də  Qazaxıstan Respublikasının yeni təyin olunmuş baş naziri Alixan Smailov ilə telefonla danışıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Telefon söhbətində Əli Əsədov Alixan Smailovu Qazaxıstanın baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Danışıq zamanı Azərbaycan-Qazaxıstan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilərək, əlaqələrin birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə ümidvarlıq ifadə olunub.

Azərbaycanın son günlər qardaş Qazaxıstanda baş verən hadisələri narahatlıqla izlədiyi bildirilib, vəziyyətin tezliklə normallaşacağına əminlik ifadə olunub.

Ə.Əsədov Qazaxıstandakı hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı A.Smailova başsağlığı verib.