logo

Sergey Lavrov MDB ölkələrinin Rusiyadakı səfirlərini toplayacaq

17:07 13-01-2022 | icon 441
Sergey Lavrov MDB ölkələrinin Rusiyadakı səfirlərini toplayacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 19-da Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin səfirləri ilə görüşəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

"Bu, ənənəvi illik toplantı olacaq",-deyə Mariya Zaxarova vurğulayıb.

XİN rəsmisinin sözlərinə görə, toplantıya MDB-nin icraçı direktoru Sergey Lebedev də qatılacaq.