logo

Sabah Bakıda qar yağacaq

13:58 13-01-2022 | icon 1547
Sabah Bakıda qar yağacaq

Azərbaycanda yanvarın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək, axşam cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə və gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına görə, yaxın iki gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü xəzri küləyinin güclü gilavar küləyi ilə əvəzlənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Axşama doğru yağıntı tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 4-9°, gündüz 0-4° şaxta, yüksək dağlıq ərazilərdə gecə 9-14°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.