logo

“Qarabağ” portuqaliyalı futbolçunu transfer etdi

13:23 13-01-2022 | icon 3451
“Qarabağ” portuqaliyalı futbolçunu transfer etdi

Ağdamın “Qarabağ” futbol klubu Leandro Andrade ilə müqavilə imzalayıb.

YeniAvropa  klubun rəsmi saytına istinadla xəbər verir ki, portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib.

İyirmi iki yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

Andrade Ağdam təmsilçisində 15 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Qarabağ” daha əvvəl hücumçu Rüstəm Əhmədzadə və qapıçı Luka Quqeşaşvilini heyətinə qatıb.