logo

Qazaxıstanın bəzi bölgələrində fövqəladə vəziyyət rejimi ləğv edilib

12:12 13-01-2022 | icon 1841
Qazaxıstanın bəzi bölgələrində fövqəladə vəziyyət rejimi ləğv edilib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 13-dən ölkənin üç rayonunda fövqəladə vəziyyət rejiminin ləğv edilməsi barədə sərəncam imzalayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, sərəncama əsasən ölkənin Qərbi və Şimali Qazaxıstan, Pavlodar vilayətlərində fövqəladə vəziyyət rejimi ləğv edilib.

Bu bölgələrdə yanvarın 5-dən fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlılarının ölkədəki missiyasının başa çatdığını və Qazaxıstanı tərk etdiklərini açıqlayıb.

Qazaxıstanın 12 rayonunda və 2 meqapolisində antiterror əməliyyatları başa çatıb. Hazırda ölkənin 14 rayonunda vəziyyət sabitləşib.