logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 703 min nəfəri ötür

16:59 12-01-2022 | icon 2821
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 703 min nəfəri ötür

Yanvarın 12-də Azərbaycanda 31 min 455 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 885, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 768 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 24 min 802 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 562 min 620, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 190 min 347, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 703 min 255 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 669 min 18 nəfər təşkil edir.