logo

Azərbaycanda daha 645 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

16:30 12-01-2022 | icon 3381
Azərbaycanda daha 645 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 645 yoluxma faktı qeydə alınıb, 577 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 622 min 881 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 606 min 888 nəfər müalicə olunaraq sağalıb, 8 min 480 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 513 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 746, bu günə qədər isə ümumilikdə 5 milyon 968 min 349 test icra olunub.