logo

Brüsseldə NATO-Rusiya Şurasının iclası keçirilir

15:10 12-01-2022 | icon 1967
Brüsseldə NATO-Rusiya Şurasının iclası keçirilir

Belçikanın paytaxtı Brüsseldə Şimali Atlantika Alyansının mənzil-qərargahında NATO-Rusiya Şurasının iclası başlayıb.

YeniAvropa  "TASS" agentliyinə istinadla xəbər verir ki, görüşdə ABŞ və Rusiya arasında təhlükəsizlik zəmanəti üzrə yanvarın 9-10-da Cenevrə şəhərində keçirilən danışıqlar davam etdiriləcək. Tədbirin təxminən üç saat davam edəcəyi gözlənilir. Yanvarın 13-də isə ATƏT-in Vyana platformasında məsləhətləşmələr baş tutacaq.

Xatırladaq ki, dekabr ayında Rusiya ABŞ və NATO-nun təhlükəsizlik zəmanətləri ilə bağlı iki “müqavilə” layihəsini dərc edib. Moskva alyansın şərqə doğru genişlənməməsini, Ukraynanın bloka qoşulmamasını və keçmiş sovet respublikaları ərazisində hərbi bazaların yaradılmamasını istəyir.