logo

Kamran Əliyev Moskvada iranlı həmkarı ilə görüşüb

14:54 12-01-2022 | icon 1505
Kamran Əliyev Moskvada iranlı həmkarı ilə görüşüb

Azərbaycanın baş prokuroru Kamran Əliyev Moskvaya işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə ikitərəfli görüş keçirib.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, görüşdə qədim tarixi, mədəni, dini münasibətlərə malik Azərbaycan-İran əlaqələrinin bu gün də müsbət dinamika ilə inkişaf etdiyi qeyd olunub.

Söhbət zamanı qurumlar arasında mövcud ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətləri, mütəşəkkil cinayətkarlıq, o cümlədən kibercinayətkarlıq, narkotik maddələrin qanunsuz dövriyyəsi, ekoloji sahədə hüquqpozmalar, habelə cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərində işin səmərəliyinin artırılması ətrafında səmərəli müzakirələr aparılıb.