logo

Lənkəranda 12 narkotacirdən 3 kq narkotika götürüldü

11:44 12-01-2022 | icon 455
Lənkəranda 12 narkotacirdən 3 kq narkotika götürüldü

Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 12 nəfər saxlanılıb. Ümumilikdə 3 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, Lənkəran rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Girdəni kənd sakini Fariz Baxşiyev saxlanılıb.

F.Baxşıyevin üzərindən və əlindəki alət çantasından, ümumilikdə, 2 kiloqram 805 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər – Fərid Əskərov, Xalid Əskərov, Elsevər Məcidov, Habil Cabbarov, Fərrux Cəfərov, Seymur Zəkizadə, Ənvər Lələyev, Kamran Nuriyev, Niyaməddin Qasımov, Həbib Kələntərli və Emin Əliyev saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.