logo

Ağsuda “Azərişıq”ın əməkdaşını "tok" vurub öldürdü

10:59 12-01-2022 | icon 1246
Ağsuda “Azərişıq”ın əməkdaşını "tok" vurub öldürdü

Yanvarın 11-i saat 11 radələrində Ağsu rayon sakini, “Azərişıq” ASC-nin Mərkəzi-Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağsu sahəsində sayğacquraşdırıcı texnik vəzifəsində işləyən əməkdaşı 1988-ci il təvəllüdlü Xəyal Şərifovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Ağsu rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, araşdırmalarla Xəyal Şərifovun Ağsu şəhər 2 saylı tam orta məktəbin həyətində yerləşən 10 kilovoltluq transformatorun üzərində sayğac quraşdırarkən elektrik cərəyanının vurması nəticəsində hadisə yerində öldüyü müəyyən olunub.

Faktla bağlı Ağsu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.