logo

Kamran Əliyev Rusiyada səfərdədir

09:49 12-01-2022 | icon 4634
Kamran Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə bu ölkə Prokurorluğunun yaradılmasının 300 illiyinə həsr olunmuş tədbirlərdə iştirak məqsədilə Moskvaya səfər edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfərin nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.