logo

Kraliça II Elizabetin yaşadığı Vindzor qəsrinin hava məkanı uçuşa qadağan zona elan edilib

09:32 12-01-2022 | icon 1862
Kraliça II Elizabetin yaşadığı Vindzor qəsrinin hava məkanı uçuşa qadağan zona elan edilib

Böyük Britaniya kraliçası II Elizabetin yaşadığı Vindzor qəsrinin hava məkanı təhlükəsizlik səbəbi ilə uçuşa qadağan zona elan edilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, yanvarın 27-dən təyyarə və dronların Vindzor qəsri üzərindən 2500 fut yüksəklikdən uçması qadağan olunacaq. Görülən təhlükəsizlik tədbirlərinə görə, qala divarlarından 1,4 mil məsafədə uçmağın cinayət sayılacağı, qayda pozuntusu halında əraziyə daxil olan və xəbərdarlığa cavab verməyən təyyarələrə müdaxilə ediləcəyi, qalanı qoruyan polis qruplarının qeyri-qanuni pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək səlahiyyətinin daha çox olacağı bildirilib.

Britaniya Mülki Aviasiya Qurumu qadağanın ictimai maraqlara uyğun olduğunu, qərarın yerinə yetirilib-yetirilmədiyini hava nəqliyyatına nəzarət orqanlarının həyata keçirəcəyini bildirib.

Qeyd edək ki, qərar ötən ilin dekabrında silahlı şəxsin kraliçanın yeni ili qarşıladığı Vindzor qəsri ərazisinə daxil olmasından sonra verilib.