logo

"Qalatasaray"ın yeni baş məşqçisi bəlli olub

22:52 11-01-2022 | icon 3374
"Qalatasaray"ın yeni baş məşqçisi bəlli olub

Türkiyənin  İstanbul şəhərinin titullu futbol klubu-"Qalatasaray"ın yeni baş məşqçisinin kimliyi bəlli olub.

YeniAvropa xəbər verir ki, bu barədə klubun prezidenti Burak Elmas açıqlama verib.

Klub rəhbəri ispaniyalı Domenek Torrenlə anlaşdıqlarını bildirib. O, 60 yaşlı mütəxəssisin yaxın günlərdə Türkiyəyə gələrək müqavilə imzalayacağını bildirib.

Qeyd edək ki, "Qalatasaray" ötən gün baş məşqçi Fatih Terimlə yollarını ayırıb.