logo

Müdafiə Nazirliyi: Ermənistan ərazisini bombalamamışıq!

20:10 11-01-2022 | icon 1456
Müdafiə Nazirliyi: Ermənistan ərazisini bombalamamışıq!

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.