logo

Azərbaycanda şəkərli diabetlər üçün dərman istehsalına başlanıldı

19:17 11-01-2022 | icon 2884
Azərbaycanda şəkərli diabetlər üçün dərman istehsalına başlanıldı

Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” şirkəti tərəfindən Azərbaycanda ilk dəfə olaraq şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan "Diabeton® MR" (qliklazid) preparatının istehsalına başlanılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə  İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildiilib ki, artıq şirkət tərəfindən 200 min qutu dərman istehsal edilib və paylanma üçün aidiyyəti yerlərə göndərilib. 

Cari ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu "Diabeton® MR" preparatının istehsalı planlaşdırılır. 

Sözügedən dərmanın istehsalı “R-Pharm” ilə Fransanın beynəlxalq əczaçılıq qrupu olan “Servier” şirkəti arasında imzalanmış tərəfdaşlıq sazişi çərçivəsində həyata keçirilir. Beşillik müqavilənin şərtlərinə əsasən, müəssisədə qeyd edilən dərman preparatının ildə təxminən 1 milyon qutu həcmində istehsalı nəzərdə tutulur.