logo

“AirAstana” Bakıya uçuşları bərpa edir

18:58 11-01-2022 | icon 2366
“AirAstana” Bakıya uçuşları bərpa edir

Qazaxıstanın “Air Astana” aviaşirkəti Tbilisi və Bakıdan Nur-Sultan hava limanına uçuşlar yerinə yetirməyi planlaşdırır.

YeniAvropa xəbər verir ki, Tbilisidən uçuşlar yanvarın 12,14 və 16–da, Bakıdan uçuşlar isə yanvarın 13-də və 16-da gözlənilir.

İlk növbədə, təyyarəyə əvvəllər ləğv edilmiş reyslərdən sərnişinlər qəbul ediləcək.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” Qazaxıstanın Almatı şəhərinə həyata keçirməyi planlaşdırdığı reysləri ləğv edib. Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.