logo

Avropa İttifaqı Azərbaycanı jurnalistləri üçün təlim keçirəcək

17:07 11-01-2022 | icon 1617
Avropa İttifaqı Azərbaycanı jurnalistləri üçün təlim keçirəcək

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Şahdağda jurnalistlər üçün “Media savadlılığı və dezinformasiya” mövzusunda ikigünlük təlim keçirəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Nümayəndəlikdən bildirilib.

Qeyd edilib ki, "Şahdağ"da təşkil olunacaq təlim beynəlxalq və yerli ekspertlər tərəfindən aparılacaq.

Qeyd edək ki, təlimdə iştirak etmək üçün son müraciət tarixi yanvarın 18-dir. Seçimlərdə jurnalistika təcrübəsi 3 ildən az olan və ingilis dili bilən jurnalistlərə üstünlük veriləcək. Təlim ingilis dilində aparılacaq.