logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 700 min nəfərə çatır

16:56 11-01-2022 | icon 2863
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 700 min nəfərə çatır

Yanvarın 11-də Azərbaycanda 32 min 735 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 396, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 124 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 min 215 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 531 min 165, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 187 min 462, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 699 min 487 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 644 min 216 nəfər təşkil edir.