logo

Azərbaycanda daha 673 nəfər koronavirusa yoluxdu, 14 nəfər öldü

16:31 11-01-2022 | icon 2681
Azərbaycanda daha 673 nəfər koronavirusa yoluxdu, 14 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 673 yoluxma faktı qeydə alınıb, 392 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 622 min 236 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 606 min 311 nəfər müalicə olunaraq sağalıb, 8 min 471 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 454 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 333, bu günə qədər isə ümumilikdə 5 milyon 957 min 603 test icra olunub.