logo

Qarabağdakı sülhməramlılarının komandiri yenidən dəyişdi

12:32 11-01-2022 | icon 2219
Qarabağdakı sülhməramlılarının komandiri yenidən dəyişdi

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandiri yenə dəyişib. 

YeniAvropa xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, bu vəzifə general-mayor Andrey Volkova həvalə olunacaq.

General-mayor A.Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına kimi Qarabağdakı sülhməramlı kontingentin komandir müavini olub.

Xatırladaq ki, 2021-ci ilin sentyabrından Qarabağdakı sülhməramlılara general-leytenant Gennadi Anaşkin rəhbərlik edirdi.