logo

Bakıdan Naxçıvana uçan təyyarə yarı yoldan qayıtdı

11:33 11-01-2022 | icon 1638
Bakıdan Naxçıvana uçan təyyarə yarı yoldan qayıtdı

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı əlverişsiz hava şəraitinə (güclü duman) görə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.

YeniAvropa xəbər verir ki, bu barədə  "AZAL"dan bildirilib.

Məlumatda qeyd edilib ki, təyyarə saat 08:50-də hava limanına enib. Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.