logo

Sabah şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq

10:31 11-01-2022 | icon 6202
Sabah şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq

Yanvarın 12-si saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi portalı (www.sy.edu.az) vasitəsilə sorğuların qəbulu müvəqqəti dayandırılacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, buna səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsidir.

Portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır. Buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.